4 mart 2021-ci il tarixdə “Aqrar Sığorta Fondu”nun, Qax rayon İcra Hakimiyyətinin və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığıyla Aqrar Sığortanın təşviqi məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Martın 3-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir.
“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 01 mart 2021-ci il tarixdən başlayaraq rayonda sakinlərə səyyar xidmət göstərir.
Bu gün Xocalı faciəsindən 29 il ötür. Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədiblər. Əsrlər boyu davam edən bu erməni təcavüzlərinin arxasında türk düşmənçiliyi ilə yanaşı “Böyük Ermənistan” ideyası dayanmışdır. Ermənilərin əsassız torpaq iddiaları nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun faciəli nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. Sözsüz ki, nəinki xalqımızın, bütün dünyanın tarixində baş vermiş ən qəddar cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının həyata keçirdiyi Xocalı soyqırımı olmuşdur.