Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır.
Milli dirçəliş hərəkatı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə gedən yolda xalqımızın tarixinin əsas hadisələrindən biridir. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda dirçəliş hərəkatı geniş vüsət aldı.
Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Noyabrın 10-da ölkə başçısı İlham Əliyev xalqa müraciət edib. Müraciətində cənab Prezident bildirib ki, bu gün ölkəmiz üçün tarixi bir gündür və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.
“Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub”- bu sözləri cənab Prezident İlham Əliyev 31oktyabr 2020-ci il tarixdə Almaniyanın ARD televiziyasına verdiyi müsahibəsində deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Müsahibəsində Azərbaycan ordusunun döyüş meydanında qazandığı üstünlüyü xüsusilə vurğulayan ölkə rəhbəri işğal edilmiş ərazilərin xeyli hissəsinin bir ay ərzində azad olunduğunu diqqətə çatdırdı. Bugün həqiqətən də Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində ikinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir deyən ölkə rəhbəri Azərbaycan ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırdı.
Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi. Bu sözləri cənab Prezident İlham Əliyev 25 oktyabr tarixində ABŞ-ın “Fox News” televiziyasına müsahibəsində deyib.
Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.
24 oktyabr 2020-ci il tarixdə aparılan müsahibədə cənab Prezident İlham Əliyev bildirdi ki, hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində rayonumuzda dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam etdirilir.
21 oktyabr 2020-ci il tarixdə ölkə rəhbəri Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinə müsahibə verib. Müsahibəsində cənab Prezident İlham Əliyev bildirmişdir ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Minsk qrupu ölkələrinin paytaxtlarında Xarici İşlər nazirlərinin görüşməsi təbiidir. Moskvaya da səfər edilmiş və orada da görüş olmuşdur. Bu cür görüşlər əvvəllər də dəfələrlə olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır.
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Müsahibəsində Azərbaycanın tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bildirən ölkə rəhbəri Azərbaycanın münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu bildirdi.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində düşmənin son günlərdə Gəncə və Mingeçevir şəhərlərini raket atəşinə tutması nəticəsində ölən və yaralananların olduğuna münasibət bildirən ölkə rəhbəri vurğulayıb ki, Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalı, dünya ictimaiyyəti bu cinayətə öz qəzəbini bildirməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber ” televiziya kanalına müsahibə verib. Müsahibəsində cənab Prezident Ermənistanın hərbi cinayət törətdiyini, döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açdığını, birinci Qarabağ savaşında da bele halların müşahidə olunduğunu bildirdi. Məhz Xocalı soyqırımını törədənlərin də həmin mənfur Ermənistan olduğunu vurğulayan ölkə başçısı bunun insanlığa qarşı cinayət olduğunu qeyd etdi.
Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 29 il ötür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə verib. Müsahibəsində cənab Prezident Ermənistanın yeni əraziləri işğal etməyə hazırlaşırdığını, Ermənistanın müdafiə nazirinin bu bəyanatla açıq-aşkar çıxış etdiyini, Azərbaycana daim hədələr və təhqirlər səslənirdiyini diqqətə çatdırdı.
“Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Müsahibəsində cənab Prezident bildirib ki son günlərdə Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında agır məğlubiyyətə uğraması səbəbindən düşmən çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeyə çevrilib. Azərbaycan xalqı bütün bunları Xocalı soyqırımının timsalında görüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Cənab Prezident müsahibəsində bildirib ki, atəşkəslə bağlı əldə olunmuş razılaşma real həyatda baş vermədi. Ermənistan hökuməti beynəlxalq məsuliyyətsizliyi davam etdirərək Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir və bütün dünya bunu təkrar görür.
Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq üçtərəfli görüşündən sonra atəşkəslə bağlı bəyanat qəbul edilib. Son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqların sonunda qəbul olunan bəyanata əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.