Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətən özüm, vətən sözüm

19 may 2016 | 16:00

Mayın 19-da  rayon Mədəniyyət və Turizm şöbəsi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Vətən özüm, vətən sözüm” adlı VIII ənənəvi Ümumrespublika Kitab Bayramı keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən kitab bayramı vətənpərvər ədəbiyyatımıza və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur.
İctimaiyyət nümayəndələrinin, ziyalıların, kitabsevərlərin iştirak etdiyi tədbirdə  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə artıq 8-ci dəfədir ki keçirilən ənənəvi kitab bayramlarının əhəmiyyətindən danışmış,  kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmiş, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır. O, aprel ayının əvvələrində cəbhə bölgəsində ordumuzun qazandığı uğurları  diqqətə catdıraraq, kitab bayramının hərbi vətənpərvərlik mövzusuna həsr olunmasını təsadüf olmadığını bildirmişdir.
Çıxış edənlər kitab bayramlarının uşaq və yeniyetmələrin, gənclərin mütaliəyə olan maraqlarının artmasına köməklik  göstərdiyini söyləmişlər.
Daha sonra tədbir məktəblilərin vətənpərvərlik ruhunda ifa etdiyi mahnı və şeirlərlə davam etmişdir.

Keçidlər