Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ombudsmanla görüş keçirilmişdir

31 may 2016 | 16:00

Mayın 31-də insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə rayonumuzda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyətinə həsr olunan ictimai dinləmə keçirilmişdir.
Ombudsman Elmira Süleymanova və rayon rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin  şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu vurğulamış, bu sahədə rayonda görülən işlər barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova  əvvəlcə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmış, aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən döyüşlərdə hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs etmişdir.
Ombudsman ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramı 2006-cı ildən uğurla davam etdirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamıdır. Yeni Proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən mühüm istiqamətlərini müəyyən edir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Tədbirdə rayon Polis şöbəsinin rəisi, rayon Məhkəməsinin hakimi və Qeydiyyat şöbəsinin müdiri çıxış edərək rəhbəri olduqları qurumların fəaliyyətindən danışmış, Ombudsmanın verdiyi sualları cavablandırmışlar.

Keçidlər