Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda sənətkarların satış-sərgisi açılıb

06 iyun 2016 | 16:00

Yay turizm mövsümünə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq  iyunun 4-də rayon  Rəsm Qalereyasının qarşısında həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət ilk satış-sərgi təşkil edilmişdir. Sərgiyə yerli sənətkarların iki yüzə yaxın rəsm əsəri və əl işləri çıxarılmışdır.
Sərginin açılışında iştirak  edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirmişdir ki, belə tədbirlərin açıq havada keçirilməsində əsas məqsəd daha çox izləyici cəlb etməkdir.  Eyni zamanda bildirmişdir ki, bu qəbildən  qapalı məkanlarda keçirilən sərgilərə  insanlar  o qədər də maraq göstərmirlər. Belə sərgilərin müntəzəm olaraq keçirilməsinin yay mövsümündə rayonu ziyarət edən turistlərə rayonumuzun tanıtımı baxımından  əhəmiyyətli olacağı vurğulanmışdır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə ağac üzərində oyma sənəti ilə məşğul olan Tural Mənəfovun  65 əl işi,  həvəskar rəssam Rövşən  Şirinovun sərgidə 8 rəngkarlıq əsəri,  İlahə İsgəndərovanın isə dekorativ tətbiqi sənət əsərləri nümaiş etdirilmiş və sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.  Əl işlərinin qiyməti 3-20 manat, rəsm əsərlərinin qiyməti isə 70-100 manat arasında dəyişmişdir.
Sənətə yenicə qədəm qoyan balaca rəssamlar da sərgidə öz bacarıqlarını nümayiş etdirmişlər.

Keçidlər