Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ağçay kəndində yeni uşaq bağçası istifadəyə verilib

13 iyun 2016 | 16:00

İyun ayının 13-də rayonun Ağçay kəndində 1 qruplu  20 yerlik uşaq bağçası üçün inşa edilmiş yeni binanın açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak etmişlər.   
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açılış mərasimində çıxış edərək bildirmişdir ki, uşaq bağçasının tikintisinə  2015-ci ilin sonlarında başlanılmış və qısa müddət ərzində uşaqların istifadəsinə verilmişdir. Həmçinin rayon rəhbəri son illər dövlətimizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır.  İstifadəyə verilmiş uşaq bağçası istilik sistemi, inventar, idman və musiqi alətləri ilə təmin olunmuşdur.
Tədbirdə çıxış edənlər 15 iyun-Milli Qurtuluş Günü ərəfəsində belə dəyərli hədiyyəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə minnətdarlıqlarını bildirmişlər. 
Rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olumuşlar.

Keçidlər