Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər

21 iyun 2016 | 16:00

17 iyun - tibb işçilərinin peşə bayramı  rayonumuzda da qeyd olunmuşdur.
Səhiyyə işçiləri və rayon rəhbərliyi əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon xəstəxanasının akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mərkəzi  Xəstəxanasının  baş həkimin müavini Nəsimi Mustafayev tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək bildirmişdir ki, son illər ölkədəki sürətli iqtisadi-inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə çoxlu sayda tibb ocağı tikilmiş və ya əsaslı təmir edilmiş, tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.                     
Tədbirin sonunda rayonda əhaliyə göstərilən səhiyyə xidmətində səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisi fəxri fərmanla təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.

Keçidlər