Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Qulluqçularının peşə bayramı qeyd olunmuşdur

23 iyun 2016 | 16:00

23 İyun- Dövlət Qulluqçularının peşə bayramı  münasibətilə rayonda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir RİH-in akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə RİH başçısı Musa Şəkiliyev açaraq qeyd  etmişdir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunması qərara alınmışdır. Musa  Şəkiliyev onu da bildirmişdir ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanundur.  Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Tədbirdə çıxış  edənlər  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət  açmışlar.
Tədbirin  sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə  görə və Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə bir qrup dövlət qulluqçusu RİH-in fəxri fərmanları ilə təltif edilmişdir.

Keçidlər