Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Polis işçilərinin peşə bayramı qeyd edilmişdir

04 iyul 2016 | 16:00

2 iyul – Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı   münasibəti ilə rayonda tədbir keçirilmişdir.  Polis şöbəsinin şəxsi heyəti və rayon rəhbərliyi əvvəlcə  Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.  Tədbir daha sonra rayon polis şöbəsində davam etmişdir.
Rayon polis şöbəsinin rəisi,  polkovnik-leytenant Elnur Mehdiyev tədbiri giriş sözü ilə açaraq, Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açmışdır. Bildirmişdir ki, polis şöbəsinin əməkdaşları rayonda  ictimai-siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər  göstərmişlər.
Tədbirdə  RİH başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli “Azərbaycan Polisi gününün təsis edilməsi haqqında” fərmanına əsasən iyulun  2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Ulu öndər polisin fəaliyyətinə  daim yüksək qiymət vermiş, ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir.
Sonda bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşlar.

Keçidlər