Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənclər həqiqi hərbi xidmətə yola salındı

08 iyul 2016 | 16:00

İyulun 5-də rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra mərasim Heydər Əliyev mərkəzinin önündə davam etmişdir.
Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri  giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin rəisi, polkovnik-leytenant Rövşən Ədilov vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  bildirmişdir  ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Bu yaxınlarda ordumuzun cəbhədə düşmənə layiqli cavabı bunu bir daha sübut etmişdir.
Musa Şəkiliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə etmişdir.
Valideynlər övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildirmişlər.
Sonda çağırışçılar Azərbaycan Respublikasının Dövlət Bayrağının altından keçməklə hərbi xidmətə yola düşmüşlər.

Keçidlər