Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YARAT Müasir İncəsənət Mərkəzi səyyar sərgi təşkil edib

11 iyul 2016 | 16:00

YARAT Müasir İncəsənət Mərkəzi iyulun 8-də Qax Dövlət Rəsm Qalereyasında “Zamanın izləri” adlı səyyar sərgi təşkil etmişdir. Sentyabrın 10-dək davam edəcək sərgidə YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasında olan foto və video əsərlər nümayiş etdirilir.
Sərginin açılış mərasimində rayon rəhbərliyi, YARAT Müasir İncəsənət Mərkəzinin təmsilçiləri, incəsənət həvəskarları iştirak etmişlər.
Mərasimi YARAT Müasir İncəsənət Mərkəzinin təmsilçisi Hökümə Kərimova açaraq “Zamanın izləri” adlı səyyar sərginin regionlarda ilk olaraq Qax rayonunda təşkil edildiyini, daha sonra bir neçə rayonda sənətsevərlərə təqdim ediləcəyini diqqətə çatdırmışdır.
         Rayon Mədəniyyət və Turizm şöbəsinin müdir əvəzi Dilarə Əzizova regionlarda belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, sərginin açılışının rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulamış, ilk səyyar sərginin məhz rayonda təşkilinə görə YARAT-ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirmişdir.
Mərasimdə  YARAT  Müasir İncəsənət Mərkəzinin direktoru və bədii rəhbəri Bjorn Geldhof çıxış edərək, mərkəzin yaranması haqqında ətraflı məlumat vermişdir. Sonda mərkəzin direktoru sərginin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan  Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.

Keçidlər