Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir

22 iyul 2016 | 16:00

İyulun 20-də Rayon İcra Hakimiyyətində 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələri iştirak  etmişlər.
  Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev  hesabat  məruzəsində diqqətə çatdırmışdır ki,  Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonda tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ildə rayonun təsərrüfatlarında 331 hektar sahədə tütün əkilmişdir. İndiyədək 412 ton yaşıl tütün yarpağı tədarük olunaraq emal üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən məntəqəsinə təhvil verilmişdir. Hazırda tütün yığımı mütəşəkkil davam etdirilir.
Diqqətə çatdırmışdır ki, görülmüş tədbirlər nəticəsində bu il rayonda 3884 kiloqram yüksək keyfiyyətli barama istehsal olunaraq “Şəki-İpək” ASC-yə təhvil verilmişdir.
Həmçinin bu il rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda – 36,4 min ton taxıl istehsal olunmuşdur. Bu, ötən illə müqayisədə 7,8 min ton çoxdur.
Bildirmişdir ki, hesabat dövründə rayonda Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi üçün inzibati binanın, 180 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, şəhərin 28 May küçəsində 100 yerlik, Ağçay kəndində isə bir qruplu uşaq bağçası tikilərək istifadəyə verilmişdir.
Hesabat məruzəsində, həmçinin ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən də bəhs edilmişdir. Bildirilib ki, altı ayda rayonda 1091 mənzil qazlaşdırılmışdır. Elektrik şəbəkəsi tərəfindən 83 transformator yarımstansiyası əsaslı təmir olunmuş, 78 elektrik dayağı yenisi ilə əvəzlənmişdir. Hazırda 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
Qeyd etmişdir ki, cari ilin birinci yarısında  rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 44 milyon 953 min manat təşkil etmişdir. Bu müddət ərzində rayonda 4 milyon 965 min manatlıq sənaye və 16 milyon 270 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. İlin birinci yarısında əhaliyə göstərilən nəqliyyat xidmətləri 2,4 faiz, rabitə xidmətləri 4,4 faiz, ticarət xidmətlərinin həcmi isə 16 faiz artmışdır. Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 9 min manat artaraq 51 milyon 436 min manat olmuşdur. Altı ayda rayonda 286 daimi iş yeri açılmışdır.
Yığıncaqda 2016-cı ilin birinci yarısında əhalinin digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər