Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon Veteranlar şurasının konfransı keçirilmişdir

26 iyul 2016 | 16:00

Azərbaycan Respublikası  Əmək, Müharibə, Silahlı Qüvvələr  və Hüquq-Mühafizə Orqanları  Veteranlar   Şurasının sədri, ehtiyatda  olan general-mayor  Dadaş Rzayev,  Veteranlar  şurasının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və rayon  veteranlarının iştirakı  ilə  iyulun 22-də  rayon İcra Hakimiyyətində  Veteranlar şurasının konfransı  keçirilmişdir. 
      Konfransı giriş sözü  ilə açan  rayon  İcra Hakimiyyətinin  başçısı Musa Şəkiliyev Prezident  İlham Əliyevin ölkə vətəndaşlarına, o cümlədən xüsusi imtiyazlı vətəndaşlara göstərilən qayğıdan və bu sahədə görülən işlərdən  söhbət açmışdır. Rayonumuzda veteranların müraciətlərinə həmişə həssaslıqla yanaşıldığını  vurğulayan  Musa Şəkiliyev onların üzləşdiyi problemlərin həlli istiqamətində görülən işləri  diqqətə  çatdırmışdır.
     Azərbaycan Respublikası  Əmək, Müharibə, Silahlı Qüvvələr  və Hüquq-Mühafizə Orqanları  Veteranlar   Şurasının sədri, general-mayor  Dadaş Rzayev çıxış edərək  bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, xalqın rifah halının yaxşılaşmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına veteranlarımız öz töhfəsini veriblər.  Dövlət veteranların əməyinə böyük qiymət verir. Dövlətin veteranlarla bağlı siyasəti ölkə rəhbərinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərdən birini təşkil edir. 9 May gününün qeyd edilməsi və bu ənənənin qorunub saxlanması hər bir veteranın ürəyincədir və bu ənənə davam etdiriləcək. Veteranlar öz vətəndaşlıq, dövlətçilik mövqeyi ilə ölkədə aparılan siyasətə dəstək verirlər.

     Tədbirdə çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti  İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     Konfransda təşkilati məsələlərə baxılmış, səs çoxluğu ilə rayon  Veteranlar Şurasının  sədri  seçilmişdir

Keçidlər