Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Kiyev virtuozları” Kamera Orkestri konsert proqramı ilə çıxış edib

11 avqust 2016 | 16:00

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestri  avqustun 10-da rayonumuzda konsert proqramı ilə çıxış etmişlər.  “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzinin yay səhnəsində keçirilən konsertdə yerli musiqisevərlər, həmçinin şəhərin qonaqları iştirak etmişlər.
  Konsert proqramını giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd etmişdir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində artıq 4 ildir şəhərimizin bu tarixi məkanında tanınmış musiqi kollektivlərinin çıxışları olur. Artıq ikinci ildir ki, “Kiyev virtuozları” kamera orkestrinin iştirakı ilə səyyar konsertlər keçirildiyini qeyd etmiş və bu konsertlərin təşkilinə görə Heydər Əliyev Fonduna və onun  prezidenti  Mehriban  xanım  Əliyevaya  minnətdarlığını bildirmişdir.
Festivalın bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violençel ustası Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə orkestri violində Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Akademiyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman müşayiət etmişdir.
Konsertdə V.A.Motsartın, P.Çaykovskinin və həmçinin görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun və Qara Qarayevin simfoniya və baletlərindən parçalar səsləndirilmişdir.
Kollektivin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır

Keçidlər