Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib

24 sentyabr 2016 | 16:00


Sentyabrın 24-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə rayonun Qaşqaçay, Əmbərçay və Zərnə kəndlərində inşa olunmuş 3 fərdi evin Qarabağ müharibəsi əlillərinə təqdim olunması münasibətilə Qaşqaçay kəndində mərasim keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak etmişlər.     Mərasimdə iştirak edən ƏƏSMN-in məsul nümayəndəsi Natiq Əzizov çıxış edərək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışmış və bu təbəqədən olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsinin respublikamızda icra olunan mühüm sosial proqramlardan biri olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə şərait yaratmışdır.
Daha sonra rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüqar Əhmədzadə çıxış edərək bildirmişdir ki,  rayonda bu təbəqədən olan 23 nəfər mənzil növbəsindədir. Onlardan artıq 3 nəfəri fərdi mənzil almışdır. Ümumiyyətlə, indiyədək nazirlik tərəfindən Qax rayonunda 52 nəfər imtiyazlı şəxs mənzillə təmin olunmuşdur.
Mərasimdə çıxış edən əlillər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Sonra mənzillərin açarları ev sahiblərinə təqdim edilmişdir

Keçidlər