Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müstəqilliyimiz əbədidir, dönməzdir

18 oktyabr 2016 | 16:00

> Oktyabrın 18-də rayonda dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakmiyyətinin başçısı  Musa Şəkiliyev əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik tarixindən söhbət açmış, rayon üzrə tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirildiyini vurğulamışdır.

Keçidlər