Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Oleq Kuznetsovun kitabının təqdimatı olub

28 oktyabr 2016 | 16:00

Oktyabrın 28-də rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsov rayonumuzda səfərdə olmuşdur.
Səfər çərçivəsində tarixçi alimin müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilmişdir.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova açaraq, alimin erməni terrorizmindən bəhs edən bu əsərinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti olduğunu vurğulamışdır.
Sonra tarixçi alim tədbir iştirakçılarına beynəlxalq terrorizm və erməni terrorizmi haqqında apardığı araşdırmalar barədə məlumat vermiş və bildirmişdir ki, uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etmiş, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olmuşdur.
Görüşün sonunda Oleq Kuznetsov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Keçidlər