Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Bayrağı Günü münasibəti ilə veloyürüş təşkil olunub

09 noyabr 2016 | 16:00

9 noyabr-Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir. Bu əlamətdar gün  münasibətilə rayonun təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər  keçirilmiş, inşa, rəsm, bədii qiraət mesabiqələri  təşkil olunmuşdur.
Rayon rəhbərliyinin və ictimaiyyətin də iştirak etdiyi tədbir əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin düzməsi ilə başlanılmış, ümummilli liderin xatirəsi yad olunmuşdur. Daha sonra bayraqlarla bəzədilmiş avtomobil və yüzdən artıq yeniyetmədən ibarət velosipedçilər dəstəsi Azərbaycan bayrağı ilə şəhərin küçələrindən keçərək sakinlərə xoş anlar bəxş etmişlər. Veloyürüş Ulu Öndər Heydər Əliyevin abidəsinin ucaldığı mərkəzi meydanda başa çatmışdır.

Keçidlər