Home Contact Phone
background
  • Ünvan: Qax rayonu, Azərbaycan prospekti 32
  • Faks: (+994 2425) 5-33-51
  • E-mail: mail@qax-ih.gov.az

Xəbərlər

  • Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ər...

    Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirib

    2021-04-01

    31 mart 2021-ci il tarixdə Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında görülən işlər barədə son vəziyyət, peyvəndləmə prosesi və qarşıda duran vəzifələrə həsr olunmuş Respublika videokonfransı keçirilmişdir.

  • 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

    31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

    2021-03-30

    Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

  • “Gələcəyə Nəfəs” adlı ağacəkmə aksiy...

    “Gələcəyə Nəfəs” adlı ağacəkmə aksiyası keçirilib

    2021-03-17

    16 mart 2021-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi tərəfindən “Gələcəyə Nəfəs” adlı ağacəkmə aksiyası təşkil olunub.

  • Torpaq çərşənbəniz mübarək

    Torpaq çərşənbəniz mübarək

    2021-03-16

    Bu gün torpaq çərşənbəsidir. Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.

  • Rayon İcra Hakimiyyəti başçısı aparatının ...

    Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyinat olub

    2021-03-10

    Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilərək Yerli icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır. Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Vətən müharibəsi iştirakçısı Həmzəyəv Malik Yusif oğlu həmin şöbənin müdiri vəzifəsinə təyin edilib

  • 8 Mart-Beynəlxalq Qadınlar Günüdür

    8 Mart-Beynəlxalq Qadınlar Günüdür

    2021-03-07

    Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

  • Rayonda Aqrar Sığortanın təşviqi məqsədilə...

    Rayonda Aqrar Sığortanın təşviqi məqsədilə maarifləndirici tədbir keçirilmişdir

    2021-03-04

    4 mart 2021-ci il tarixdə “Aqrar Sığorta Fondu”nun, Qax rayon İcra Hakimiyyətinin və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığıyla Aqrar Sığortanın təşviqi məqsədilə maarifləndirici tədbir keçirilmişdir.

  • Rayonda onlayn şahmat turnirinə start verildi

    Rayonda onlayn şahmat turnirinə start verildi

    2021-03-03

    Martın 3-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinə start verilib.

  • Rayonda fermerlər arasında kənd təsərrüfatı...

    Rayonda fermerlər arasında kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində maarifləndirmə tədbiri keçirilib

    2021-03-03

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir.

  • Səyyar “Asan xidmət” rayonumuzdadır

    Səyyar “Asan xidmət” rayonumuzdadır

    2021-03-01

    “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 01 mart 2021-ci il tarixdən başlayaraq rayonda sakinlərə səyyar xidmət göstərir.

  • Xocalı - qan yaddaşımız

    Xocalı - qan yaddaşımız

    2021-02-25

    Bu gün Xocalı faciəsindən 29 il ötür. Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədiblər. Əsrlər boyu davam edən bu erməni təcavüzlərinin arxasında türk düşmənçiliyi ilə yanaşı “Böyük Ermənistan” ideyası dayanmışdır. Ermənilərin əsassız torpaq iddiaları nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun faciəli nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. Sözsüz ki, nəinki xalqımızın, bütün dünyanın tarixində baş vermiş ən qəddar cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının həyata keçirdiyi Xocalı soyqırımı olmuşdur.

  • Su  çərşənbəniz  mübarək

    Su çərşənbəniz mübarək

    2021-02-23

    Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Bu bayram təkcə Azərbaycanda yox, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra şərq ölkələrində qeyd olunur. Azərbaycan xalqı öz bayram adət-ənənələri, ayin və mərasimlərini nəsildən-nəslə ötürərək günümüzədək yaşadıb. Novruz bayramı da əsrlər boyu qeyd etdiyimiz milli bayramlarımızdan biridir. Bu bayram 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir.

  • Rayonda vaksinasiya prosesi davam etdirilir

    Rayonda vaksinasiya prosesi davam etdirilir

    2021-02-22

    Artıq bir ilə yaxındır ki COVİD-19 pandemiyası yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşını yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Bütün dünyada olduğu kimi Koronavirus pandemiyası başlayan gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş, sərəncam və tövsiyələrinin nəticəsi olaraq ölkəmizdə vətəndaşların sağlamlığının qorunması üçün vacib olan bütün addımlar atılıb. Bunun nəticəsidir ki, dövlət başçısının rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz ilk sırada dayanan dövlətlərdən biridir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 1 fevral tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimində iştirak edib.

    2021-02-03

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

  • Fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxa...

    Fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

    2021-02-03

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

  • Azərbaycan gəncliyi yeni salnamə yazdı

    Azərbaycan gəncliyi yeni salnamə yazdı

    2021-02-02

    Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, siyasi sabitliyinin qorunması, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən asılıdır.

  • Xalqların rifahına xidmət edən beynəlxalq əm...

    Xalqların rifahına xidmət edən beynəlxalq əməkdaşlıq

    2021-01-27

    21.1.20021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Beləliklə, Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır. Bu sazişin imzalanması dostluq və qardaşlıq münasibətlərin rəsmiləşdirilməsi deməkdir.

  • Cənab Prezident İlham Əliyev: “Sumqayıt haz...

    Cənab Prezident İlham Əliyev: “Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir”

    2021-01-22

    Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.

  • 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tar...

    20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

    2021-01-20

    20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

  • 20 Yanvar- Ümumxalq hüzn günü

    20 Yanvar- Ümumxalq hüzn günü

    2021-01-19

    1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Artıq Qanlı Yanvar hadisələrindən 31 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Otuz bir il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

  • Dezinfeksiya işləri davam edir

    Dezinfeksiya işləri davam edir

    2021-01-18

    Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

  • Azərbaycan Respublikasının Prezidenti, Ali Baş...

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində bayğımızı ucaltdı

    2021-01-17

    Noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına Qarabağın tacı sayılan Şuşa şəhərininin azad olunması müjdəsini verdi. Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib.

  • Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərba...

    Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib

    2021-01-14

    Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

    2021-01-11

    “Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi”. Bu sözləri ölkə başçısı 6 yanvar 2021-ci il tarixdə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib.

  • Ölkədə aparılan uğurlu mədəniyyət siyasət...

    Ölkədə aparılan uğurlu mədəniyyət siyasətinin yeni strateji prioritetləri

    2021-01-08

    Mədəniyyət siyasəti –millətin, iqtisadi və sosial inkişafın, onun intellektual potensialının artırılmasını, xalqın mənəvi sağlamlığının və rifahının möhkəmləndirilməsini, habelə milli və klassik mədəniyyət nümunələrinin təbliğini və birliyini təmin edən siyasətdir. Özünəməxsusluğun qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir.

əvvəlki [3] növbəti