Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Dini radikalizmə qarşı birgə mübarizə” mövzusunda tədbir keçirilib

15 noyabr 2016 | 16:00

Noyabrın 15-də  rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və  rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı birgə mübarizə” mövzusunda konfrans keçirilmişdir.
Orta məktəb müəllimlərinin, xüsusilə də “Həyat bilgisi” fənni müəllimlərinin, rayon gənclərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə  RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq rayonun dini durumu ilə bağlı məlumat vermiş, rayonda tarixən mövcud olan dini ənənələrin qorunub saxlanılmasını diqqətə çatdırmışdır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov çıxış edərək orta məktəblərdə tədris olunan “Həyat bilgisi” dərsliklərində dinlə bağlı mövzuların daha dolğun və izahlı şəkildə şagirdlərə çatdırılmasının, bu mövzular işlənərkən digər dinlərə və din mənsublarına hörmətlə yanaşılmasının vacibliyindən danışmışdır. O qeyd edib ki, dini radikalizm və dini mövhumatla mübarizədə təhsilin xüsusi rolu var və buna görə də, gənclərimiz daim öz dünyagörüşlərini artırmağa çalışmalıdırlar.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə”  sənədli filmi nümayiş olunub.

Keçidlər