Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Məktəbliləri cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir

17 noyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində  rayon məktəblilərinin bir qrupu noyabrın 17-də səhər saatlarında Lənkəran-Astara-Masallı marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıb.
           Məktəbliləri yola salmaq üçün  şəhərdəki Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan müəllim və valideynlər gənclərə öz tövsiyələrini verir, səfər zamanı necə davranmalı olduqlarını bir daha izah edirdilər.
         Mərasimdə RİH başçısının müavini Vəfa Heydərova çıxış edərək ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamışdır. Məlumat vermişdir ki, aksiya iştirakçılarını çox maraqlı ekskursiyalar gözləyir. Səyahət zamanı məktəblilər Lənkəran, Astara və Masallı rayonlarında Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaqlar. Məktəblilər, həmçinin Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, çay fabrikinə, Viləşçay su anbarına ekskursiya edəcək, bu rayonların görməli yerləri ilə tanış olacaqlar.
        Tur-aksiyanın iştirakçısı, şəhər 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Çimnaz Əmişova  sevinc hislərini  bölüşərək deyib: “İlk dəfədir belə turda iştirak edirəm. Sevincim hədsizdir. Ölkəmizin cənub bölgəsində olmaq çoxdankı arzum idi. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə sayəsində tezliklə arzuma çatacağam”.
       Şəhər 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fəqan Orucov, 3 saylı məktəbin 10-cu sinif şagirdi Xuraman Əlimova, 1 saylı məktəbin 9-cu sinif şagirdi Məhəmməd Mahmudov və digər məktəblilər də aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini vurğulamış, onlara belə layihə hədiyyə etdiyinə görə Qax məktəbliləri adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
       Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.

Keçidlər