Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Əlillər Günü qeyd olunub

03 dekabr 2016 | 16:00

3 dekabr- Beynəlxalq Əlillər Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud, hər iki və ya bir valideynini itirmiş, eləcə də ailələrinin yaşayış səviyyəsi aşağı olan 30-a yaxın uşağın himayə olunduğu Günərzi Qayğı Mərkəzində  tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə  və təşkilat  nümayəndələrinin, valideynlər və uşaqların iştirakı ilə  keçirilən  tədbirdə çıxış edən RİH  başçısının müavini Vəfa Heydərova Beynəlxalq Əlillər gününün hər  il ölkəmizdə qeyd olunduğunu və bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində  ölkə prezidenti cənab İlham Əliyev  tərəfindən ardıcıl tədbirlərin  həyata keçirildiyini qeyd etmişdir.
Tədbirdə çıxış edənlər dövlətimizin əlillərə olan qayğısını bir daha vurğulamış, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Daha sonra qonaqlar uşaqların ifasında mahnı, şer və rəqslərdən ibarət konsert proqramını izləmişlər.
Tədbirin sonunda Mərkəzdə tərbiyə alan uşaqlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.

Keçidlər