Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənclər Günü qeyd olunub

02 fevral 2017 | 16:00

2 Fevral - Gənclər Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da yüksək səviyyədə qeyd olunmuşdur. 
Tədbir ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etməklə başladıqdan sonra, “Gənclər bizim gələcəyimizdir” mövzusunda keçirilən elmi-praktiki konfransla davam etmişdir. Tədbirdi giriş sözü ilə açan RİH-in başçısı Musa Şəkiliyev gəncləri təbrik edərək qeyd etdi ki, ulu öndər Heydər Əliyev gənclərin istedad və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün həmin siyasət Heydər Əliyev ideyalarının layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən gənclər də dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan razılıq bildirmiş, hal-hazırda gənclərin dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə  bir sözlə dövlətimizin çiçəklənməsi naminə bütün sahələrdə uğurla fəaliyyət göstərdiyini vurğulamışlar
Tədbirin sonunda rayonun ictimai həyatında, təhsil, mədəniyyət, səhiyyə və idman sahəsində  fərqlənən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər