Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

IV Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətini rayonumuzda davam etdirib

21 fevral 2017 | 16:00

Fevralın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi” devizi adı altında IV Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətini rayonumuzda davam etdirmişdir.
Qış məktəbinin iştirakçıları əvvəlcə rayondakı Kürmük məbədi və Mərkəzi Cümə məscidi ilə tanış olmuş, həmin tarixi abidələr barədə məlumat almışlar.
Daha sonra RİH başçısı Musa Şəkiliyev Heydər Əliyev Mərkəzində qış məktəbinin iştirakçılarını qarşılayaraq müxtəlif dini və etnik qrupların həmrəylik, eyni zamanda, qardaşlıq şəraitində yaşadığı bir məkanda salamlamaqdan məmnun olduğunu bildirmiş və qonaqlara rayonun tarixi, adət-ənənəsi və etnik tərkibi haqqında məlumat vermişdir. Bildirmişdir ki, Qax tarixi və mədəniyyəti baxımından Azərbaycanın multikultural bölgələrindəndir. Müsəlman əhalinin say baxımından üstünlük təşkil etdiyi rayonda xristianlıq və digər dinlərə etiqad edənlərin həmrəy şəkildə yaşaması bir daha Azərbaycandakı İslam həmrəyliyinin həm də digər dinlərə olan hörmət və ehtiram əsasında formalaşdığını göstərir.
Sonda tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə “Qafqaz Albaniyasının tarixi və irsi” mövzusunda mühazirə oxumuş, şəxsən özünün iştirakı və rəhbərliyi ilə aparılmış Qafqaz Albaniyası dövrünə aid arxeoloji qazıntılar haqqında bilgiləri və foto-slaydı qış məktəbi iştirakçılarının diqqətinə çatdırmışdır.
Günün ikinci yarısında qış məktəbi iştirakçılarının rayonun tarixi yerlərinə ekskursiyası təşkil edilmişdir. Tələbələr Sumuq qalasında, Səngər Qalada və Ulu körpüdə olmuşlar.

Keçidlər