Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzun tarixi məkanları ilə tanışlıq diplomatik nümayəndəliklərin təmsilçilərinin ürəyincə olub

21 fevral 2017 | 16:00

Fevralın 21-də Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində  rayonumuzda  olmuşlar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfərin əsas məqsədi ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı, həmçinin bölgənin turizm potensialı ilə yaxından tanışlıq olmuşdur.
Nümayəndə heyətinin üzvləri şəhərin qədim tarixi hissəsi – “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində rayon rəhbərliyi tərəfindən qarşılandıqdan sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, mərkəzin konfrans zalında  rayonun tarixi, iqtisadiyyatı, turizm potensialından bəhs edən film izləmişlər.
Səfər proqramına uyğun olaraq nümayəndə heyətinin üzvləri geniş turizm potensialına malik İlisu kəndinə səfər etmiş, kəndin tarixi abidələri və “El Resort” otelində yaradılan şəraitlə tanış olmuşlar.
Səfərdə 30-dək diplomatik nümayəndəliyin 45-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Keçidlər