Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirildi

03 mart 2017 | 16:00

Martın 3-də Bədən Tərbiyəsi və İdman  Günü münasibətilə  rayonumuzda tədbir  keçirilmişdir.
Rayon rəhbərliyi və İdman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə açan RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Heydərova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və  qayğıdan söhbət açmış, idman siyasətinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər idmançıları əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Sonda uğurlarına və nailiyyətlərinə görə fərqlənən idmançılara RİH-in fəxri fərmanları və qiymətli hədiyyələri, İdman və gənclər idarəsinin diplomları təqdim olunmuşdur.

Keçidlər