Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Mart bayramı qeyd olundu

08 mart 2017 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də rayonumuzda tədbir keçirilmişdir.
  Tədbirdə rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun müxtəlif peşə sahələrində çalışan qadınlar iştirak etmişlər.
   Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev qadınları bayram münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq nümaiş etdirməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxlamışlar. İcra başçısı onu da xüsusi vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilmişdir. Ümummilli liderin bu siyasəti möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
`Sonda  rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup qadına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər