Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əhalinin tibbi müayinəsi davam edir

13 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası rayonumuzda mütəşəkkil qaydada davam edir.
  İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya mayın 2-dək davam edəcəkdir.
Tibbi müayinələrə rayonumuzda da ciddi hazırlıq işləri görülmüşdür.  Bu aksiyada rayonun 59 yaşayış məntəqəsi üzrə 18 yaşdan yuxarı 42 mindən çox insanın iştirakı nəzərdə tutulmuşdur.
Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün rayon Mərkəzi  Xəstəxanasının konsultativ poliklinika  şöbəsində bütün lazımi şərait yaradılmışdır.
Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə bildirmişdir ki, tibbi müayinələr xəstəxananın poliklinika şöbəsi ilə yanaşı, Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, həmçinin kəndlərdə fəaliyyət göstərən həkim məntəqələrində də keçirilir. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs  habelə ehtiyac yarandıqda, digər müayinə kabinetləri də əhaliyə pulsuz tibbi xidmət göstərir.
Fevralın 15-dən bu günə qədər 27015 nəfər tibbi müayinədən keçmişdir. Bunlardan  3629 nəfər ambulator müalicəyə , 41 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Daha ciddi müayinəyə ehtiyacı olan 6 xəstə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.
Hal-hazırda tibbi müayinə uğurla davam edir.

Keçidlər