Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2017-ci ilin I rübünün yekunları ilə bağlı hesabat iclası keçirilmişdir

19 aprel 2017 | 16:00

Aprelin 19-da Rayon İcra Hakimiyyətində 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə RİH rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri,  iş adamları və ictimaiyyətin  nümayəndələri iştirak etmişlər. 
RİH başçısı Musa Şəkiliyev ilin ilk 3 ayı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.

Keçidlər