Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Avropanın 33 ölkəsinin gənc psixoloqları rayonumuzda bir araya gəliblər

24 aprel 2017 | 16:00

Azərbaycan ilk dəfə olaraq Avropa Tələbə Psixoloqlar Assosiasiyası Federasiyanın (EFPSA) konqresinə ev sahibliyi edir. “Gənc Psixoloqlar” İctimai Birliyinin və “ASAN Könüllüləri” təşkilatının tərəfdaşlığı ilə rayonumuzda reallaşan 31-ci konqresə Avropanın 33 ölkəsindən 300-dək gənc psixoloq, həmçinin professor-müəllim heyəti qatılmışdır.
Aprelin 24-də “El Resort” otelinin Konfrans Mərkəzində EFPSA-nın 31-ci konqresinin açılış mərasimi olmuşdur.
Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev   əvvəlcə konfrans iştirakçılarını salamlamış, daha sonra rayonun tarixi, mədəniyyəti, multikultural dəyərləri, iqtisadiyyatı, turizm imkanları barədə məlumat vermiş, konqresin işinə uğurlar arzulamışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli son illər ölkəmizdə həyata keçirilən innovativ yeniliklər və bu yeniliklərin insan psixologiyasına təsiri, “ASAN xidmət” modelinin tətbiqi, vətəndaş məmnunluğu və digər məsələlər barədə danışmışdır.
EFPSA-nın baş katibi Robertas Povilaitis qurumun fəaliyyət istiqamətləri, keçirdiyi tədbirlər barədə qısa məlumat vermiş, müasir insanın psixologiyası haqqında təqdimatla çıxış etmişdir.
Aprelin 30-dək davam edəcək beynəlxalq konqresdə 56 mövzu üzrə seminarlar, təlimlər təşkil olunacaq, mühazirələr dinləniləcək. İştirakçılar, həmçinin rayonun tarixi məkanlarına ekskursiya edəcək, rayonun mədəni irsi, turizm imkanları barədə məlumatlandırılacaqlar.

Keçidlər