Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Bakı-2017”: su səyahətinin Qax mərhələsi Ram-rama şəlaləsindən başlayıb

25 aprel 2017 | 16:00

Aprelin 25-də rayonumuz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin növbəti estafetini qəbul etmişdir.
Su mərasimi səhər saatlarında Ram-rama şəlaləsindən suyun götürülməsi ilə start verilmişdir.
Fəxri su götürmə mərasimini Sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov, Yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə və şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova həyata keçirmişlər.
  Günorta saatlarında Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grasspoots” proqramı çərçivəsində regional idman tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, layihə rəhbəri Ülviyyə Əkbərova və Oyunların ulduz səfiri Tünzalə Ağayeva çıxış edərək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği  və  gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan idman müsabiqəsində  100 şagird iştirak etmişdir.
  Müsabiqənin sonunda qalib gəlmiş şagirdlərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları və İslam Həmrəyliyi Oyunlarının  bağlanış mərasiminə biletlər təqdim olunmuşdur.
Su səyahəti axşam saatlarında şəhərin mərkəzi meydanında “Su Festivalı” ilə davam etmişdir.
Festival çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları barədə  geniş məlumat verilmiş və mövzuya aid videoçarx nümayiş etdirilmişdir.          
Mərasimdə incəsənət xadimlərinin və rəqs qruplarının çıxışı sakinlərdə xoş ovqat bəxş etdi.
“Su Festivalı” su effektləri, lazer şousu və atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər