Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Böyük Vətən müharibəsi veteranlarına maddi yardım göstərilib

09 may 2017 | 16:00

9 May- Faşizm üzərində Qələbənin 72-ci ildönümü  münasibəti ilə rayon rəhbərliyi əvvəlcə Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidənin və həmyerlimiz Sovet İttifaqı qəhrəmanı Məmmədəli Məmmədovun büstünün önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişdir.  Daha sonra  şəhərdə və rayonun  Qaşqaçay  kəndində yaşayan  müharibə veteranlarını öz evlərində ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanmış, hər birinə maddi yardım göstərmişdir.  Görüşdə RİH başçısı  Musa Şəkiliyev Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətlərindən söhbət açmış və onların qəhrəmanlıqlarının heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırmışdır.
          Müharibə veteranları  onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər