Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ailə dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır

15 may 2017 | 16:00

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə rayonumuzda tədbir keçirilmişdir.
İlisu kəndindəki “İlisu” pansionatında keçirilən tədbirdə nümunəvi ailələr, ziyalılar, ağsaqqal və gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova bildirmişdir ki, Azərbaycan xalqı hər il mayın 15-ni Beynəlxalq Ailə Günü kimi qeyd edir. BMT-nin Baş Assambleyasının 1993-cü il tarixli qətnaməsinə uyğun olaraq hər il keçirilən bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahının daha da yaxşılaşdırılması, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışmışdır. Ümummilli liderin bu siyasəti bugün prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda cəmiyyətin formalaşması və saflaşmasında ailənin rolundan ətraflı söz açılmışdır. Vurğulanmışdır ki, ailə nəsillərin mədəni və tarixi varisliyini, cəmiyyətin mənəvi dəyərlərinin qorunmasını təmin edən əsas elementdir.
Tədbir çay süfrəsi ətrafında rayon Mədəniyyət və Turizm şöbəsinin işçilərinin ifasında konsert proqramı ilə davam etmişdir.
Sonda Tədbirdə iştirak edən nümunəvi ailələrə, o cümlədən 47 il birgə ömür sürmüş İlisu kəndindən Rəhimovlar ailəsinə hədiyyələr təqdim olunmuşdur.

Keçidlər