Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ekoloqlar peşə bayramlarını qeyd etdilər

26 may 2017 | 16:00

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider  Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış,  Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə isə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur.
       Mayın 23-ü  Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü rayonumuzda da qeyd olunmuşdur.
    Rayon rəhbərliyi, Meşə mühafizəsi və bərpası müəssisəsinin və İlisu Dövlət Təbiət Qoruğunun kollektivləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir RİH-in akt zalında davam etmişdir.
       Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbiri  açaraq Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu tədbirlərin, layihələrin bu gün də cənab Prezident  İlham Əliyev tərərfindən  müvəffəqiyyətlə davam etdirildiyini bildirmiş, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər barədə  iştirakçılara məlumat vermişdir.
     Tədbirdə çıxış edən hər iki təşkilatın direktorları onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.         
       Sonda ətraf mühütün mühafizəsi sahəsində səmərəli fəaliyyətlərinə görə və 23 may-Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə nazirliyin rayonda fəaliyyət göstərən yerli qurumlarının bir qrup işçisinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilmişdir.

Keçidlər