Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

26 may 2017 | 16:00

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
Mayın 25-də Xidmətin təşkilatçılığı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda növbəti konfrans rayonumuzda keçirilmişdir. Tədbirə aidiyyəti dövlət orqanlarının, müvafiq təşkilatların və ictimaiyyətin nümayəndələri, sahibkarlar qatılmışlar.
Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, istehlakçıların hüquqlarının qorunmasında yerli icra hakimiyyəti orqanlarının vəzifələrindən danışmışdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu vacib məsələlər, həmçinin Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış etmiş, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər,  inzibati məsuliyyət tədbirləri barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Sonda konfrans iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılmışdır.

Keçidlər