Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi

01 iyun 2017 | 16:00

    1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynalxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş  və elə həmin konfransda  da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra həmin gün uşaqların müdafəsi günü kimi tarixə düşmüşdür.
     Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənə ilə qeyd edilir. 1 İyun-Uşaqların  Beynalxalq Müdafiə günü ilə bağlı Heydər Əliyev  adına şəhər parkında rayon İcra Hakimiyyətinin dəstəyi , Mədəniyyət Turizm şöbəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ Uşaqlar bizim gələcəyimizdir”  adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət uşaq siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən danışmışdır.
     O, çıxışında həmçinin Heydər Əliyev  Fondunun da bu sahədə  həyata keçirdiyi uğurlu tədbirlərdən- təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb” , “Təhsilə dəstək”, səhiyyə sahəsində "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirlərinin, cərrahiyyə əməliyyatlarının, peyvəndləşdirmə aksiyalarının əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsi olduğunu vurğulamışdır. 
     Həmçinin tədbirdə çıxış edənlər, ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin olunmasından, uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil şəxsiyyət kimi yetişməsindən söz açmışlar.
      Daha sonra tədbirdə uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmiş, uşaqlar arasında keçirilən mahnı, bədii qiraət, rəsm və rəqs müsabiqələrinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Gün ərzində Dövlət Kukla Teatrı maraqlı tamaşalarla uşaqların xidmətində olmuşdur.

Keçidlər