Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qum kəndində yeni subartezian quyusu istifadəyə verilib

13 iyun 2017 | 16:00

Rayonumuzda kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
İyunun 9-da rayonun Qum kəndində yeni subartezian quyusu əhalinin istifadəsinə verilmişdir.
  Keçirilən mərasimdə RİH başçısı Musa Şəkiliyev çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlardan irəli gələn vəzifələrə uyğun olaraq, son illər  rayonda 39 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir.
Mərasimdə çıxış edən “Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini Rafiq Aslanov bildirmişdir ki, dövlətimizin başçısının bu il iyunun 5-də imzaladığı növbəti sərəncama əsasən, 2017-ci ildə respublikamızın 36 şəhər və rayonunda 150 ədəd, o cümlədən Qax rayonunun kəndlərində 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur.
Mərasimdə çıxış edən kənd sakinləri  əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Yeni subartezian quyu Qum kəndinin gənclik massivində yaşayan yüzə yaxın ailənin içməli və suvarma suyuna olan tələbatının ödənilməsini təmin edəcək.

Keçidlər