Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli Qurtuluş Günü qeyd olundu

17 iyun 2017 | 16:00

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, onun ölməz ruhu qarşısında bir daha baş əyir. 1993-cü ilin iyununda - müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz dahi rəhbərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulmuş, ölkə xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olmuşdur.
15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə iyunun 13-də rayonumuzda  tədbir  keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətində davam etmişdir.
           Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan rayon İcra Hakmiyyətinin başçısı  Musa Şəkiliyev qeyd etmişdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin ən əhəmiyyətli dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı olmuşdur. Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olmuş, bütün sahələrdə sürətli inkişafın təməli qoyulmuşdur. Və bu gün onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış , müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.
          Tədbirdə çıxış edənlər Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs etmiş, 24 il əvvəl iyunun 15-dən başlanan yüksəlişinin bu gün də davam etdiyini, ölkənin iqtisadi qüdrətinin durmadan artdığını vurğulamışlar.

Keçidlər