Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sərbəst güləş üzrə turnirdə 200-dən çox idmançı qüvvəsini sınayıb

21 iyun 2017 | 16:00

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 16-da Olimpiya İdman Kompleksində Əməkdar məşqçi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilmişdir.
Yarışda Bakı, Gəncə, Yevlax şəhərlərini, həmçinin Ağdam, Şəki, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarını təmsil edən 208 yeniyetmə güləşçi qüvvəsini sınamışdır. İdmançılar 11 çəki dərəcəsində mübarizə aparmışlar.
Turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılmışlar.

Keçidlər