Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tibb işçilərinin peşə bayramı qeyd olundu

21 iyun 2017 | 16:00

17 iyun - tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonda  tədbir keçirilmişdir.
            Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir.
            Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək son illər ölkədəki sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı tikilmiş və ya əsaslı təmir edilmişdir. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
                Tədbirdə çıxış edənlər səhiyyə sahəsinə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
                Tədbirin sonunda rayonda əhaliyə göstərilən səhiyyə xidmətində səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisi rayon İcra Hakmiyyətinin fəxri fərmanı ilə  təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.

Keçidlər