Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü qeyd olunmuşdur

14 iyul 2017 | 16:00

14 İyul- Ulu öndər, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə rayonumuzda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Heydər Əliyev mərkəzində   davam  etmişdir.
         Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin  iştirakı ilə  keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, bildirmişdir ki, 48 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanmış, onun səyləri,  gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilmişdir. Tarixən qısa bir dövr ərzində Azərbaycanda yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradılmış, tikinti-quruculuq işləri geniş vüsət almış, Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdir. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik illəri kimi yaddaşlarda qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Nəhəng sosial və iqtisadi islahatlar aparıldı. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. 
Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son illərdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat  səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
            Tədbirdə çıxış edənlər də  müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısında  tarixi  xidmətlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini böyük iftixar hissi ilə qeyd etmişlər.
        Tədbirin sonunda Ulu Öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər