Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində rayonumuzda Gənclər Kamera Orkestrinin konserti keçirilib

01 avqust 2017 | 16:00

Doqquzuncu Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da axşam şəhərin “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti olmuşdur.
Mərkəzin yay səhnəsində keçirilən konsertdə yerli musiqisevərlər, həmçinin şəhərin qonaqları iştirak etmişlər.
Konsertə başlamazdan əvvəl rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, artıq 6 ildir Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində  şəhərin bu tarixi məkanında yerli və xarici ölkələrin tanınmış musiqi kollektivlərinin iştirakı ilə səyyar konsertlərin təşkil olunduğunu diqqətə çatdırmışdır. O, bugünkü konsertin təşkilinə görə musiqisevərlər adından festivalın rəhbərlərinə minnətdarlığını bildirmişdir.
Orkestrin direktoru, Xalq Artisti, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova çıxış edərək Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində səyyar konsertlərdən birinin  şəhərimizdə keçirilməsinin artıq ənənə halını aldığını diqqətə çatdırmış və bundan böyük şərəf duyduğunu vurğulamışdır.
Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Azərbaycan və SSRİ Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəylidir. Orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxildir. Kamera orkestri ilə respublikamızın tanınmış ifaçıları çıxış ediblər. Kollektiv dəfələrlə xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, festivallarda uğurla çıxış etmişdir.

Keçidlər