Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin açılışında iştirak edib.

07 avqust 2017 | 16:00

Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.
Diqqətə çatdırıldı ki, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol mühümturizm marşrutuna daxil olmaqla yanaşı, əhatə dairəsinə, xüsusilə Qax və Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsinə nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək, həmçinin Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.

Keçidlər