Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

600-dən çox bal toplayan məzunlarla görüş keçirilib

31 avqust 2017 | 16:00

              Avqustun 29-da  Rayon İcra Hakimiyyəti yanında keçirilən Şura iclasında 600-dən çox bal toplayan məzunlarla görüş keçirilmişdir.
İdarə və təşkilat rəhbərlərinin, rayonun ümumtəhsil müəssisələrinin direktorlarının da iştirak etdiyi tədbiri giriş sözü ilə açan  RİH  başçısı M.Şəkiliyev rayonunun məzunlarının ali məktəblərə qəbul imtahanında göstərdiyi nəticələrə görə onları təbrik etmiş, gələcək həyatlarında uğurlar arzulamışdır. 
              RTŞ-nin müdiri M.Xasiyev öz çıxışında bildirmişdir ki, rayon üzrə 2016-2017-ci tədris ilində 17 nəfər məzun 600-dən yüksək bal toplayaraq Respublikanın nüfuzlu ali məktəblərinə qəbul olmaq şansı qazanmışdır. Onlardan 3 nəfəri  Şəhər 2 №-li məktəb-liseyin, 1 nəfəri Şəhər 3 №-li, 1 nəfəri Şəhər 4 №-li, 2 nəfəri Şəhər 5 №-li tam orta məktəbin, 1 nəfəri Qaxbaş kənd 2 №-li, 2 nəfəri Qum, 2 nəfəri Güllük, 2 nəfəri Baydarlı, 1 nəfəri Cəlayir, 1 nəfəri Şotavar, 1 nəfəri Turaclı kənd tam orta məktəblərinin şagirdləridir. M.Xasiyev rayonunun məzunlarının ali məktəblərə qəbul imtahanında göstərdiyi nəticələri təhlil edərək bu tədris ilində də nəticələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.
             Sonda məzunlar Rayon icra hakimiyyətinin rəhbərliyi və  Rayon Təhsil Şöbəsi tərəfindən pul və qiymətli hədiyyələrlə təltif edilmişlər.


 

Keçidlər