Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2017-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat iclası keçirilmişdir

17 oktyabr 2017 | 16:00

          Oktyabrın 17-də Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələri iştirak  etmişlər.
          RİH başçısı Musa Şəkiliyev ilin doqquz ayı  ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
          Hesabatda rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev, Kənd Təsərrüfatı idarəsinin müdiri Məmməd Fətəliyev və Yol idarəsinin müdiri Əhməd Mirzəbəyov çıxış etmişlər
          Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı ölkə rəhbərinin proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.

Keçidlər