Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İlk milli Konstitusiya müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açıb

13 noyabr 2017 | 16:00

             Rayonda 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
             Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
             YAP Qax rayon təşkilatının inzibati binasında davam etmişdir. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Əsas Qanunun - Konstitusiyanın demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəd olduğunu vurğulamışdır. RİH başçısı bu əlamətdar tarixi gün münasibətilə respublikamızın hər yerində olduğu kimi,  rayonumuzda da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
           Tədbirdə çıxış edənlər Konstitusiyanın qəbul edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulanmışlar.

Keçidlər