Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq

11 dekabr 2017 | 16:00

           Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir. Bu dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
            Bu fikirlər Ulu Öndərin anım günü ilə əlaqədar  şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən “Xalqa bağışlanan ömür” adlı tədbirdə səsləndirilmişdir.
           Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Ümummilli Liderin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmışdır.
           Bildirmişdir ki, bu gün xalqımız dahi rəhbər Heydər Əliyevin vəfatının ildönümünü ehtiramla yad edir. Ölkəmizin əldə etdiyi bütün uğurlar bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son əlli illik tarixinin mərhələləri ilə üst-üstə düşür.
           Məruzə və çıxışlarda vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Keçidlər