Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb

12 dekabr 2017 | 16:00

          Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da dərin hörmət  və ehtiramla anılmışdır.
           Ulu öndərin vəfatının on dördüncü ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, müsabiqələr, sərgilər təşkil olunmuşdur. Bu tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Heydər Əliyevin şərəfli həyat fəaliyyətinin ən müxtəlif məqamlarına toxunulmuş, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz  xidmətlərindən geniş bəhs olunmuşdur.
           Dekabrın 12-də isə səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri Ümummilli liderin şəhərin mərkəzi meydandakı abidəsini ziyarət etmiş, abidə önünə  gül dəstələri düzərək ulu öndərin  xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Keçidlər