Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxlı gənclər rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar

02 fevral 2018 | 16:00

         2 fevral - Gənclər Günü münasibətilə fevralın 1-də rayon tədbiri keçirilmişdir.
Rayon rəhbərliyi və rayonun fəal gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirin əvvəlində rayon gənclərinin qazandıqları uğurlardan bəhs edən film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov 2017-ci ilin Qax gəncləri üçün də əlamətdar və yaddaqalan olduğunu bildirməklə, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır.
Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən RİH başçısı Musa Şəkiliyev respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğının göstərildiyini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu siyasət gənclərin təlim-tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslin sosial-məişət və məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi daim dövlətimizin diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılmışdır.
Daha sonra tədbir maraqlı konsert proqramı və əyləncəli oyunlarla davam etmişdir.  Sonda 2017-ci ildə rayonun ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərə fəxri fərmanlar, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

Keçidlər