Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2017-cı ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahələrində gördüyü işlərə dair hesabatı və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilmişdir

08 fevral 2018 | 16:00

         Fevralın 7-də Rayon İcra Hakimiyyətinin  akt  zalında 2017-ci ilin yekunlarına həsr olunmuş  yığıncaq  keçirilmişdir.
         Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar,  ictimai  təşkilatların  və   kütləvi informasiya vasitələrinin    nümayəndələri iştirak etmişdir.
          Tədbir  iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, İcra Hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların və məktəblilərin əl işlərindən  ibarət sərgiyə baxmışlar.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.  O bildirmişdir ki, 2017-ci il rayon iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2016-cı illə müqayisədə 40 faiz artmış, rayonda 12 milyon 118 min manatlıq sənaye, 52 milyon 218 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İl ərzində rayonda 595 yeni  iş yeri açılmış, sahibkarlara güzəştli kredit verilməsi  təmin olunmuşdur.  
2017-ci il Qax rayonu üçün həm də Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə yadda qalmışdır.  Səfər zamanı dövlətimizin başçısı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, yeni elektrik stansiyasının, 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etmiş, tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur. Avqustun 4-də isə Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirimişdir.
Ötən il rayonda 2044 hektar ərazidə payızlıq dənlilər, paxlalılar və digər yem bitkiləri istehsalı üzrə ixtisaslaşan aqroparkın  yaradılması və  Qax Damazlıq İpəkçilik Stansiyasının tikintisi istiqamətində işlər davam etdirilmişdir.
Həmçinin 2017-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər də ətraflı təhlil olunmuşdur.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2017-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışmış, tövsiyələrini bildirmişdir.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Keçidlər